"2-ci əl avtomobil aldıqda nələrə diqqət etməliyik? EKSPERT ŞƏRH ETDİ

"2-ci əl avtomobil aldıqda nələrə diqqət etməliyik? EKSPERT ŞƏRH ETDİ

İlk növbədə, aftomobil aldıqda onun pin koduna, ban nömrəsinə nəzər salmaq lazımdır. Bundan əlavə servisə sorğu göndərmək lazımdır ki, aftomobilin hər hansı bir problemi varsa o məlumatı sizə göndərsinlər".Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, əgər hər hansı bir problem yoxdursa daha sonra avtomobilin sənədləşməsinə diqqət etmək lazımdır: "Siz avtomobil kimin adınadı, onun cərimələri varmı və s. nəzərdən keçirilməlisiz. 2-ci əl avtomobil almağa gedərkən vətandaşlara tövsiyyə edirik ki, bunu tək başına etməsinlər. Bunu peşəkar insandan, ustayla mütləq məsləhətləşsinlər. Çünki aldadılma halları çox olur və ona görə də ehtiyyatlı olmaq lazımdır. Qeyd edim ki, avtomobil aldığınız zaman mütləq onun təmizliyinə də diqqət etmək lazımdır. Çirkli avtomobili almaq məsləhət deyil çünki onun altında müəyyən cızıqlar, defektlər ola bilər. Mütləq 2-ci əl avtomobil aldığınız zaman alqı-satqının hardasa qeydiyyatının aparılmasına şərait aparılmalıdır ki, yəni avtomobil aldığınız zaman verdiyiniz məbləğ əks olunsun. Bu gələcəkdəki problemlərin qarşısını almaq üçün lazımdır. İşlənmiş avtomobili o halda qaytarmaq olar ki, onu alan və satan şəxs arasında müəyyən sövdələşmək və yazılı şəkildə olsun".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə