"Kibercinayətlərin qarşısını almaq üçün zəruri tədbirlər görməliyik" - ŞURA SƏDRİ BİLDİRDİ
Son dövrlər ölkəmizdə kibercinayətlərin sayı artıb. Bu kimi halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Daxili İşlər Nazirliyi tərəfindən bu istiqamətdə hansı tədbirlər görülür? SİA mövzu ilə bağlı Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevin fikrini öyrənib.
Sədrin sözlərinə görə, bu kimi hallar informasiya sisteminə qeyri-qanuni müdaxilədir. Digər tərəfdən isə başqa şəxsə məxsus olan əmlakı oğurlayır: “Burada həmin şəxs həm oğurluğa, həm də kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunur. Digər tərəfdən Daxili İşlər Nazirliyində kibercinayətkarlıqla bağlı müvafiq struktur yaradıldı. Bu çox vacibdir. Son illərdə vətəndaşlarımızın elektron hesablarına daxilolma, ayrı-ayrı şəxslərin kompüter sistemlərinə qanunsuz müdaxilələr baş verirdi. İnternet üzərindən cinayətlərin baş verməsi, cinayətlərin kreativ üsulla həyata keçirilməsidir. Bütün bunların qarşısını almaq üçün müvafiq strukturların yaradılması vacibdir ki, DİN də bu istiqamət də fəaliyyətini yüksək səviyyədə qurub. Belə şəxslərin aşkarlanması, məsuliyyətə cəlb edilməsi ilə bağlı addımlar atılır”.
Ə.Nuriyev bildirib ki, bu kimi hadisələr son illərdə təkcə Azərbaycanda deyil, eyni zamanda dünyada da artıb: “İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, internetin həyatımızın bir parçasına çevrilməsi şübhəsiz ki, bu istiqamətdə pozitiv fəaliyyətlərlə yanaşı nrqativ fəaliyyətlərin də vasitəsinə çevrilir. O baxımdan da təkcə bizim ölkəmizdə deyil, digər ölkələrdə də belə xarakterli kiberhücumlar, kibercinayətlər, informasiya kommunikasiya sistemlərinə qanunsuz müdaxilə baş verir. Biz də cəmiyyət, dövlət olaraq bu məsələlərin qarşısını almaq üçün zəruri olan tədbirləri görməliyik. Dövlətin də bu istiqamətdə müvafiq addımları atılmaqdadır. Ümid edirəm ki, bu istiqamətdə olan cinayətlərin qarşısının alınmasına gətirib çıxaracaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB