Həyatda daim “Kaş” sözündən istifadə edirik. Kaş belə, onun kimi, onu elə etsəydim və s. kimi ifadələr işlədirik. Bu ifadələr daim beyinimizdə dövr edir və yeni-yeni fikirlər yaradır. Buna qarşı cinsin nümayəndəsi olmaqda aiddir. Bəzən qadınlar və eləcə də kişilər qarşı cinsin nümayəndəsi olub, həyatında bəzi məsələləri fərqli edəcəklərini düşünürlər: Məsələn, “Qadın olsaydım o zaman daha fərqli həyat yaşayar, analıq duyğusunu yaşaya bilərdim”, “Həyatımı dəyişəcək bir şansım olsaydı kişi olmaq istəyərdim. Çünki onlar kimi rahat həyat yaşayan, istədiyini edən xanım yoxdur”. Belə bir ifadələri əminəm ki, səndə bir dəfə olsun işlətmisən və görəsən həqiqətən hər kəs beləmi düşünür? SİA olaraq mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu etmək qərarına gəldik. Gəlin görək onlar bu barədə nə düşünür.

Şəhər sakini Xədicə Vahabova: “Düşünürəm ki, hal-hazırda ölkəmizdə olan qarşı cinsin nümayəndələri daha tənbəldirlər və işində irəli getməkdə geri qalırlar. Onların yerinə olsam daha səylə, sürətli çalışardım. Həm onlara, həm də özümüzə yaraşan şəkildə yaşamaq lazımdır”.
Şəhər sakini Nəzrin Nuriyeva: “Oğlanlar xanımlara nəzərən daha rahat olur. Heç bir avantaja ehtiyac yoxdur, çünki qadınlar gecə vaxtı çölə tək çıxa bilmir. Amma kişilər istədiyi gün və saatda bayıra rahat şəkildə çıxa bilir. Qadınlar isə təəssüf ki, gecə olmamış evə gəlirlər və ya saat 10-11 arası bayıra belə çıxmağa çəkinirlər. Ona görə, oğlan olmaq insana daha rahatlıq verir”.
Şəhər sakini Murad Qafarzadə : “Mən qadın da olsam yenə eyni düşüncə ilə irəli gedərdim. İnsanın həyatda nə istədiyi onun özündən asılıdır və əgər qabağımızda bir məqsəd varsa, ona doğru düzgün getməlidir. Amma indiki situasiyada kişi və qadın arasındakı ünsiyyət önəmlidir. Çünki bir-birlərinə baxıb özlərində aqressiya yarada bilərlər və əsasən də bu qadının özünü kişidən üstün göstərməsi zamanı yaranır. Bu o deməkdir ki, biz özümüzü düzgün şəkildə apara bilmirik. Biz bir-birimizi anlamaq çalışsaq, bununla böyük məqsədlər qazana bilərik”.
Şəhər sakini Anaxanım Əliyeva: “Mən qarşı cinsin nümayəndəsi olsaydım qız övladıma daha çox sevgi göstərərdim. Çünki düşünürəm ki, qız uşaqlarının daha çox sevgiyə ehtiyacı var və onların qarşı cinsdən sevgi ummaması üçün atalar qızlarına daha çox sevgi göstərməli, qızlarının hər addımında onların arxasında olmalıdır ki, qızlar quracağları işdə inamla addımlasınlar. Qızların heçnədən qorxub çəkinməməsi üçün əlimdən gələni edərdim. Onu da deyə bilərəm ki, kişilər qadınlara görə çox rahat olur və rahatlıqla əylənə bilirlər”.
Şəhər sakini Samirə Hüseynova: “Mən ümumiyyətlə qarşı cinsin nümayəndəsi olmaq istəməzdim. Çünki qadın olmağın özünə aid özəllikləri var. Qadın olmaq yaxşıdır. Düzdür bəzi mövzularda kişilərə daha çox üstünlük verilir. Kişilər daha çox uşaqlığından bəri çox fərqli böyüdülür amma qadın və ana olmağın həyatda tamam başqa bir hissi var. Kişi və qadın olmağın başqa üstünlükləri var və qadın olmaq da qürurvericidir”.
Şəhər sakini Rəsul Rəsulzadə: “Qadın və kişi olmağın özünəməxsus müxtəlif xüsusiyyətləri var. Bu mənfi və ya müsbət cəhətdən ola bilər. Kaş qadın olsaydım dediyim bir ifadə olmayıb. Məncə hər kəs dünyaya gəldiyi kimi yaşamağı öyrənməli, qarşı cinsdən biri olsaydım düşüncəsini işlətməməlidir. Lakin belə desək, qadın olsam ilk olaraq qarşı tərəfin qoyduğu qısıtlamalara biraz daha geniş perspektivdən baxmağa çalışıram. Çünki verilən qərarlar sizin azadlığınızı qısıtlamaq üçün deyil, sadəcə qarşı tərəf sizə qorumağa çalışır. Siz isə “Mən qadınam, mənə qısıtlama qoya bilmərsən” deyirsiz”.
Şəhər sakini Ləman İsmayılova: “Oğlan olsaydım ilk olaraq qadınların daha rahat yaşaması üçün onları qoruyar və pis rəftar etməzdim. Elə edərdim ki, onlar bir gün yox, həmişə belə rahat həyat yaşasınlar. Həyatımda sadəcə bir qadın olardı və gün ərzində unuda bilməyəcəyi gözəl gün yaşadardım”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB