Rənglərin mənası və insan psixologiyasına təsiri NƏDİR? - FİKİR BİLDİRİLDİ

Rənglərin mənası və insan psixologiyasına təsiri NƏDİR? - FİKİR BİLDİRİLDİ

"Rəng haqqında bütöv bir elm var ki, bu elm rəngin təbiəti, komponentləri, xüsusiyyətləri, rəng kontrastları, harmoniya və s. haqqında bilikləri özündə cəmləşdirir, koloristika adlanır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

F.Nizamova bildirib ki, rəng psixologiyası, öz növbəsində, müəyyən bir rəngin bizə necə təsir etdiyini araşdırır: "Rənglər qavrayışlarımızı, hisslərimizi dəyişdirə və hətta bizi narahat edə bilər. Rəngin köməyi ilə yaddaşı və diqqəti yaxşılaşdıra, hətta bir insanı müəyyən bir qərar verməyə inandıra bilərsiniz. Rənglərin mənalarını bilmək insan davranışını başa düşmək üçün açardır. Rəng müəyyən bir obyekt, əşya və ya element haqqında anlayışımızı tamamilə dəyişə bilər.

Hər gün çox sayda tapşırıq yerinə yetiririk və çoxsaylı stimulların təsirinə düşürük. Beynimiz daim sınaqdan keçirilir. Gün ərzində hisslərimizlə qəbul edilən bütün məlumatları emal etmək üçün kifayət qədər vaxtımız belə olmur. Buna görə də forma və rəng haqqında qəbul etdiyimiz assosiasiyalar avtomatik işləndiyi üçün vaxtımıza xeyli qənaət edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə