Yevlaxda keçirilən əmək yarmarkasında 116 vakansiya təqdim edilib

Yevlax şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası təşkil edilib. Şəhər icra hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutan məşğulluq tədbirində 10 işəgötürən tərəfindən 116 vakansiya təqdim olunub.

SİA xəbər verir ki, yarmarkada iştirak edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Onlar arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var. Bundan başqa, müraciət edən şəxslərə karyera məsləhəti xidməti də göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə