Tərtərdə qanvermə aksiyası keçirilib

Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə növbəti qanvermə aksiyası təşkil edilib. Aksiya “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər könüllü iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 240 nəfər qan verib.

Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə