Valideynlərin davası uşaqda hansı izlər buraxır? - PSİXOLOQ FİKRİ
“Nə qədər ki, ayrılıq və ya tərk etmə yoxdur, insanın münasibətdə olduğu ilk mühit onun ailəsidir. Bu səbəbdən o, ilk növbədə ailədə yaşayan digər insanlarla birgə yaşamaq təcrübəsini qazanır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Leyla Əli sözlərinə belə davam edib: “Valideynlər arasındakı münasibətlərdə münaqişə nikah və ailə sisteminin qaçılmaz hissəsidir. Bu münaqişələr bəzən mühüm və zəruri məsələlərin həlli yollarının axtarılmasından yarana bilər. Valideyn münaqişələri iki qrupa bölünür: konstruktiv və dağıdıcı. Valideynlərin konflikti problemlərin həlli, dəstək, şifahi və fiziki bağlılıq kimi müsbət vasitələrlə qoruyub saxladığı münaqişələr konstruktiv olaraq müəyyən edilir. Təcavüzkar, qəzəbli, fiziki və şifahi təcavüz, təhdid kimi mənfi vasitələrlə davam edən münaqişələr dağıdıcı kimi müəyyən edilir. Emosional güvənsizlik hipotezinə görə, uşaqlarda emosional etibar valideyn konfliktinin təcrübələri nəticəsində yaranır və gələcək reaksiyalara təsir edir. Valideynlərin münaqişələri ilə bağlı həddindən artıq təcrübə ilə inkişaf edən emosional inamsızlıq hissi, ömürlük uyğunlaşa bilməmə problemlərinin yaranma riskini artırır və emosional mübarizə bacarıqlarını azaldır
Ailədəki şiddətin uşaqlar üzərində bir çox qalıcı təsiri var.
İngiltərədə dörd məişət zorakılığı mərkəzinin köməyi ilə aparılan araşdırmaya əsasən, məişət zorakılığının şahidi olan uşaqların 52%-də davranış problemləri, 39%-i məktəbdə uyğunlaşma problemləri, 25%-i təhqiramiz davranışlar nümayiş etdirməyə başlayıb, 60% isə ailədəku məişət zorakılığına görə özünü günahkar saydığı ortaya çıxmışdır. Məişət zorakılığının şahidi olan məktəb yaşlı uşaqlar çox vaxt bu məsələ ilə bağlı narahatlıq doğuran fikirlərlə qarşılaşa bilərlər və buna görə də diqqət çəkən problemlər, narahatlıq və yuxu pozuntuları, aqressivlik və davranış pozuntusu,eləcə də travma sonrası stress pozuntusuna çox rast gəlinir. Bu dövr ərzində məişət zorakılığına məruz qalmanın fəsadları ailədən kənarda da özünü göstərə bilər.
Yeniyetmə həmyaşıdlarla sağlam münasibətlər qura bilmir. Valideynlərin mümkün qədər uşaqların yanında mübahisə etməməsi məsləhətdir. Hər travma uzunmüddətli psixoloji iş aparılmasını qaçılmaz edir. Bəzən bu travmaların izi heç vaxt silinmir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB