"Mənəviyyatlı insan oğurluq etməz, kimisə incitməz" - MÜNASİBƏT BİLDİRİLDİ
"Pis vərdişlərdən uzaqlaşmaq və cəmiyyəti uzaqlaşdırmaq üçün tədqiqatçılar konkret yollar təqdim edirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

Sosioloq deyib ki, bu müasir dünyada olduqca aktual mövzudur: "İki mühüm amil pis vərdişlərin qarşısını ala bilər: daxildən nəzarət, xarici amil. Daxildən nəzarət budur: insan daxilən, öz dəyərlərinə əsaslanır və pis vərdişdən çəkinir. Xarici amil isə hüquqi cəzadır. Təkcə bu deyil. Mühiti dəyişmək də xarici amil sayılır. Məsələn, narkotik aludəçisi bunu tərk etmək istəyirsə, mühitini, dostlarını dəyişməlidir.
Xarici amillər sırasına təhsili, maddi rifahı da əlavə etməliyik. Yüksək təhsilli və maddi rifahlı cəmiyyətdə cinayətlər azalır. Sıfırlanmır, lakin azalır. Bu, faktdır. Mənə görə daxili nəzarət sistemi çox güclü amildir. Onun üzərində çalışmalıyıq. Mənəviyyatlı insan oğurluq etməz, kimisə incitməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB