"Ramazan ayı milli-mənəvi dəyərimizdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan 70 ildə sovetlərin tərkibində yaşasa da, xalqımız milli-mənəvi dəyərlərini hər zaman öz qəlbində yaşatdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputatın sözlərinə görə, müstəqilliyə yenidən qovuşandan sonra xalqımız ürəklərdə yaşatdıqları milli-mənəvi dəyərləri açıq şəkildə ifadə etməyə başladı: "Hər bir müsəlmanın dini etiqad azadlığı təmin olunmuşdur. Əsrlər boyu əcdalarımızdan bizə gəlib çatan milli mənəvi dəyərlərimizdən biri də Müqəddəs Ramazan ayıdır. Bu ayda Müqəddəs Quran kitabı nazil olunmuşdur. Dindarlar Ramazan ayında özünə uyğun ibadətlərini edirlər. Bu ayda müsəlmanlar pis əməllərdən çəkinir. İnsanlar arasında birlik və həmrəylik möhkəmlənir.
Ramazan ayı ərzində əksər müsəlmanlar oruc saxlayır, iftar süfrələri verilir və imkansızlara yardımlar olunur. Bu, həm də insanların iradəsinin möhkəmlənməsi üçün Allahın buyurduğu bir yoldur. Çünki, iradəsi zəif, nəfsinə qalib gələ bilməyən şəxs oruc saxlayıb namaz qıla bilməz. Ramazan ayının tibbi baxımından, həm də insanların sağlamlığı üçün böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, Ramazan ayı insanlara yeni bir əhval-ruhiyyə gətirir. Bu əhval ruhiyyə müsəlmanları düzlüyə, saflığa və sağlamlığa aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB