"Ziya Bünyadov qətlə yetirildiyi gün dedi ki..." - TARİXÇİ ALİM AÇIQLADI
“Ziya Bünyadov çox böyük şəxsiyyət, alim, vətənpərvər insan idi. Azərbaycan üçün, tariximizin tədqiqi üçün böyük işlər görüb. Onun xüsusilə “Azərbaycan VII-IX əsrlərdə” və “Azərbaycan Atabəylər dövləti (1136-1225)” monoqrafiyaları bizim orta əsr Azərbaycan tarixinin tədqiqində əsas rol oynayıb. Bunu hamı, düşmənlər də bilir. Ziya Bünyadovun erməni faşizminə qarşı apardığı mübarizə xüsusi bir mövzudur. Çünki o, həqiqəti yazırdı. Ziya Bünyadov 2-ci dünya müharibəsi illərində göstərdiyi qəhrəmanlığına görə bir yox, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb. 1943-cü ildə bu verilməyib, 1945-ci ildə verilib. O, batalyon komandiri, Berlinə girən 700 əsgərdən sağ qalan 7 nəfərdən biri olub”. Bu barədə SİA-ya Akademik Ziya Bünyadovun anım günü ilə bağlı danışarkən tarixçi alim Cəbi Bəhramov deyib.
Onun sözlərinə görə, müharibədən sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olub: “Oranı bitirdikdən sonra dissertasiya işini müdafiə edib və Azərbaycana qayıdıb. 1997-ci il 21 fevral günü Ziya Bünyadov qətlə yetirildi. Müharibə illərində 3 dəfə ölümdən qurtulan insan xəyanətin qurbanı oldu. O güllə tək ona yox, Azərbaycan dövlətinə, dövlətin başçısı Heydər Əliyevə atılmışdı. Çünki Azərbaycanın xilasını məhz Ulu Öndərdə görən bu alim çox böyük işlərə imza atmışdı. Ziya Bünyadov Azərbaycan tarixində müstəsna yeri olan, əvəzsiz bir şəxsiyyətdir”.
C.Bəhramov bildirib ki, Ziya Bünyadovu şəxsən tanıyıb: “Onu 15 il həftə sonlarını çıxmaqla hər gün görürdüm. Sui-qəsd edilən günü saat 12-yə 15 dəqiqə qalmış onunla Elmlər Akademiyasının əsas binasında liftin qarşısında qarşılaşdıq. Arxivdən götürdüyüm sənəd çox diqqətimi çəkmişdi. Sənəd ermənilər, onların himayədarları, SSRİ neft sənayesində kök salmış yırtıcı qüvvələrin Azərbaycan neft sənayesinə qarşı törədə biləcəyi sənədlərlə bağlı idi. Mən ona bunu deyəndə dedi ki, birinci gün görüşərik. Amma çox təəssüf ki, o, həyatdan köçdü. O bizim elmimiz, tariximiz, ictimai-siyasi həyatımız, dövlətimizin möhkəmlənməsi üçün böyük işlər görmüşdür. Onun vəfatı vətənimiz, xalqımız üçün ağır itki idi. Ziya Bünyadov ASALA və İranın himayəsində olan Hizbullah təşkilatının sifarişi ilə bizim nankorlar tərəfindən qətlə yetirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB