Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə “Adalia Agency”nin təşkil etdiyi “Sahibkarlıqda Media” Forumu keçirilir. SİA xəbər verir ki, forumun media tərəfdaşı AZ-MEDİA MÜZAKİRƏ qrupudur.
Xatırladaq ki, forumun keçirilməsinin məqsədi medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərmək, sahibkarlıq ilə media arasında dostluq körpüsünü qurmaq, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək olmaqdır.
Forumda, deputatlar, iş adamları, jurnalistlər, media nümayəndələri, mətbuat işçiləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB