“23 fevralın qeyd olunması məntiqə uyğun gəlmir”. SOSİOLOQDAN AÇIQLAMA
“Söhbət ondan gedir ki, sovet ittifaqı fiyaskoya, uğrayıb və bizim artıq suverən dövlətimiz var. Müstəqil suverən dövlətimizdə də kifayət qədər gözəl və tarixi zəfər günləri olub”. SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində ordumuz və igidlərimiz öz sözünü deyib:
“Sovet ittifaqı əslində bir rus imperiyası, ideoloji bir cəmiyyət, sosializm, kommunizm niqabına bürənən bir cəmiyyət idi. Böyük vətən müharibəsində yüzminlərlə canına fəda edən 15 respublikadan insanlar böyük vətən deyilən yalançı, ideoloji bir baza əsasında şəhid olublar. O boyda fədakarlıqdan sonra Qızıl Ordu həmin respublikalara qarşı özəlliklə də Azərbaycana, bu gün Ukraynaya qarşı nə baş verir görünür. Azərbaycana qarşı 20 yanvar hadisəsi, digər respublikalarda da bənzər qanlı hadisələr törədib bu ordu. Bu 23 fevralın kişilər günü kimi qeyd olunması heç bir məntiqə uyğun gəlmir. Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda ölkəmizin igid oğlanları kifayət qədər fədakarlıq, şücaət göstəriblər. Məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük davam edən və şanlı qələbə ilə bitən müharibəsinin igidləri bizim üçün böyük bir örnəkdir. Hesab edirəm ki, biz müstəqil Azərbaycanın tarixində xüsusilə iz buraxan, fədakarlıq göstərənləri önəmsəməliyik nəyinki sovet ideologiyası əsasında sosializm, kommunizm iddiaları
ətrafında yaranan onu bir niqab kimi istifadə edən Rusiya imperiyası, hansısa bir ideoloji məqsədə xidmət gedən günləri biz qeyd edə bilmərik. Düzdür Azərbaycanın oğulları böyük vətən müharibəsində də Alman faşizminə qarşı müharibədə də böyük bir şücayətlər göstərib və xeyli sayda Azərbaycanda digər respublikalarda olduğu kimi ölkəmizdən də xeyli sayda vətandaşlarımız vətən müharibəsində də şahid, tələf olublar”.
Ü.Şəfiyev bildirib ki, əfsuslar olsun ki, sovet ittifaqı məhz bu respublikalara qarşı Azərbaycan dövləti də daxil olmaqla bir sıra haqsızlığa, ədalətsizliyə, yol verdi: “Ukraynada nə boyda humanitar insan fəlakəti yaşanır, Azərbaycana qarşı 20 yanvar hadisələri hansı ki, biz bunu respublikalara qarşı olmamalıydı. Azərbaycanın özünün suverenlik dövüründə qazandığı uğurları xüsusilə biz tarixləşdirməliyik və məhz bu tarixi gün kimi, bayram kimi qeyd etməliyik. 23 fevral Azərbaycanın da bir çox oğulları orda həlak olublar və biz onları daim yad edirik. Sovet ittifakı sintetiq, ideoloji cəmiyyət idi. Sovet ittifaqı fayoskaya uğradı və bax belə bir vəziyyət yarandı. Ancaq biz daha çox çalışmalıyıq ki, daha çox müstəqil Azərbaycan dövlətinin bayramlarını qeyd edək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB