“Azərbaycan təhsil sistemi pandemiya nəticələrinə çevik reaksiya verdi” - EKSPERT FİKİR BİLDİRDİ
“Son 3 il ərzində Azərbaycan şagirdlərinin iştirakı ilə beynəlxalq olimpiadalarda ciddi uğurlu nəticə müşahidə edirik. Baxmayaraq ki, pandemiya səbəbilə texniki və təbiət fənlərinin tədrisi ilə bağlı çətinliklər var idi. Amma Azərbaycan təhsil sistemi pandemiya dövründəki mövcud çatışmazlığa ən qısa müddətdə çevik və müsbət reaksiya verən təhsil sistemini formalaşdıra bildi. Bizim şagirdlərimiz pandemiya dövründə müxtəlif platformalar vasitəsilə təhsillərini davam etdirə bildilər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələr də göstərir ki, dünyanın bir çox ölkələrinda pandemiya təhsil sisteminə ciddi təsir göstərib və təhsilə əlçatanlığın təmin edilməsində müəyyən problemlər olub: “Amma Azərbaycan təhsil sistemi bu məsələlərə çevik reaksiya verdiyindən mənfi nəticələr görmədik. Əksinə kifayət qədər yaxşı resurslar toplaya bildik.
Azərbaycan şagirdləri də pandemiya və sonrakı dövrdə beynəlxalq olimpiadalarda çox yaxşı nəticələr göstərdilər. Bunlardan biri də Rumıniyada onlayn formada keçirilən beynəlxalq olimpiadadır. Məhz pandemiya dövrünün bizə öyrətdiyi bacarıqlar fonunda biz artıq burada da kifayət qədər uğur əldə etmişik. Hesab edirəm nəticələrimiz çox yaxşıdır və şagirdlərin daha da inkişaf etməsi üçün əlavə tədbirlər görülə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB