Qanları uyğunlaşmayan cütlüklərin nikahı NECƏ OLUR? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Qanları uyğunlaşmayan cütlüklərin nikahı NECƏ OLUR? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Azərbaycan dövləti üçün də milli genefondun qorunması, əhalinin sağlamlığının təmin olunması, cəmiyyətdə sağlam ailələrin formalaşması əsas prioritet məsələlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yazılı razılıqlarına əsasən cütlüyə həkim məsləhəti verilir.Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

Nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu müayinələrin keçirilməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahası

Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
1. hemoqlobinopatiyalar:
2. böyük beta-talassemiya;
3. aralıq beta-talassemiya;
4. drepanotalassemiya;
5. oraqvari hüceyrəli anemiya;
6. İİV/QİÇS;
7.sifilis”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə