"Mən tək qalsam nə olacaq?" - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Mən tək qalsam nə olacaq?" - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

İnsanların özünü rahat hiss etməməsi, əsasən, təşviş, həyəcan pozuntularıyla olur. Çünki bəzən baxırsız ki, heç bir səbəb yoxdur, amma insanlar hər şeydə bir səbəb tapa bilirlər. Bu, cütlüklər və tənha yaşayan insanlar üçün keçərlidir. Bu, əslində, partnyorun olmasından asılı olan bir şey deyil və təəssüf ki, insan bunu fərqli səbəblərə bağlayırlar. Məsələn, partyoru olan şəxs onunla bağlı düşünür ki, nə isə düzəltmək lazımdır. Daha sonra onunla bağlı münasibətdə analiz aparmağa, ittiham etməyə, günahkar axtarmağa başlayır. Məsələn, gənclər bu problemi daha çox valideynlərində görə bilirlər. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, insanların həyatında hər şey qaydasında olduğunda belə rahat olmaya bilirlər: “Bu pozuntular insanlarda müəyyən müddətdən sonra ciddi fəsadlara gətirib çıxara bilirlər. İnsanlara münasibətdə ciddi təsir göstərə bilir. Elə insanlar da var ki, tək qalmaqdan qorxurlar və burada həyata, özünə, insanlara güvənin olmamasıyla əlaqəli gəlir. Düşünürəm ki, belə bir təşviş pozuntular var ki, həyəcan, narahatlıq varsa, insanlar özlərində bunları hiss edə bilsinlər. Dərhal bir səbəbkar axtarmağa ehtiyac yoxdur. Özlərinə qarşı sual versinlər ki, - mən tək qalsam nə olacaq, hansı duyğudan qorxuram? O düşüncənin ana fikrini tapmaq lazımdır. İnsanların ondan üz döndərməsindən, üzqarası olmaq ehtimalından, kiminsə gözündən düşmə qorxusudur”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə