"Testlər hər zaman özünü tam doğrutmur" - PSİXOLOQ FİKRİ

"Ümumiyyətlə insanların inanc mənbəyi müxtəlifdir. Hər bir insan daim şahid effekti olaraq kənardan özü haqqında məlumat almaq, özünün psixotipi haqqında informasiyalara sahib olmaq istəyir. Bunun üçün maddi səbəblərdən, reallıqla üzləşmək istəmədiyi təqdirdə canlı psixoloq seanslarına deyil onlayn testlərindən istifadə edir. Özünün şəxsi keyfiyyətlərini, psikasında olan problemlərin sanki təhlilini axtarmaq istəyir deyə testlərə üz tutur və aldığı nəticə ilə qismən kifayətlənmiş olur. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, yalnız testləri insanlar simulyasiya etmiş olarsa, onlara verilən nisbi cavablar həqiqətəndə sonda aldığı nəticənin sahibi olması demək deyil: “Çünki bəzən insan özü ilə belə obyektiv ola bilmir, özünü qarşı tərəfə təqdim etmədiyi, bölüşmədiyi təqdirdə tam anlamaya bilir. Bu testlər hər zaman özünü tam doğrutmur. Bir testdə təqdim olunan sual, fikir bir insan üçün müxtəlif aspektdə cavablandırıla bilər və yaxud cavabı əsaslandırılmalıdır. Əsaslandırılma olmadığı üçün qısa lokanik cavablardan insan özünü sanki burada şəxsi keyfiyyətini müəyyən edir və bununla özünü aldada, ünvanına qeyd olunan fikirlərdən kifayətlə bilər”.

Psixoloq qeyd edib ki, bununla atdığı səhv addımlardan belə özünü haqlı hesab etmiş ola bilər: “Bu səbəbdən insanların testə olan marağı, inamı, diqqəti, həssaslığı özünəməxsusluğu fərdi yanaşmadır. Hər kəs testə bu cür diqqət ayırmır və bu insanların fərdi yanaşmasıdır. Yalnız erudisiyalı olduğu təqdirdə testlərə yox özünün keyfiyyətini araşdırmaq üçün ayrı-ayrı araşdırır. Test ümumilikdə nəticəyə gəlməkdisə insan özü-özünü tanıması üçün mütəxəssisə müraciət etməli, özünün bütün həyat hekayəsini danışaraq özünü tapa bilər”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə