“Görüntüləri izlədikdə xəcalət çəkdim, ölüb yerə girdim” - EKSPERTDƏN REAKSİYA
Məlumdur ki, məktəblilərin biyabırçı videoları yayılıb. Belə ki, digər şagirdlər azyaşlı qızın başında yumurta sındırıb, saçını qırxıb, alnına nalayiq sözlər yazıblar. Bəs, bunu edənlər necə cəzalandırılmalıdır? Kimdir günahkar? Məktəb, valideyn, yoxsa məktəbli? SİA mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikirlərini öyrənib.

Seymur Verdizadə bildirib ki, o bu görüntüləri izlədikdə çox sarsılıb: “Sarsıldım, xəcalət çəkdim, ölüb yerə girdim. Bayaqdan düşünürəm ki, biz niyə bu cür övladlar yetişdirdik? Biz harada səhv etdik? Biz nəyi düz etmədik ki, övladlarımız bir-birinə qarşı bu cür qəddar oldular, qənim kəsildilər.
Hesab edirəm ki, ortada ciddi qanun pozuntusu və cinayət əməli var. Bu hadisəyə hüquqi qiymət verilməlidir. Yaşından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq həmin hadisəni törədən şəxslər mütləq qanun qarşısında cavab verməlidir ki, başqalarına da dərs olsun.
Hadisənin sosial səbəblərini də araşdırmaq lazımdır ki, bu gənclərin macəra axtarışı nəticəsində baş verib, yoxsa özbaşınalığın nəticəsidir? Bu məsələdə məktəbin də məsuliyyətini müəyyən etməyin vaxtı çatıb. Hesab edirəm ki, sözügedən təhsil müəssisəsində işlər yüksək səviyyədə qurulmadığı üçün bu cür özbaşınalıq halları baş verir. Bu biyabırçı hadisədə iştirak edən şagirdlərlə yanaşı təhsil müəssisəsinin rəhbərliyi də sərt şəkildə cəzalandırılmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB