Obyektlərdə tez-tez yanğınların baş verməsinin səbəbi nədir? - AYDINLIQ GƏTİRİLDİ

Obyektlərdə tez-tez yanğınların baş verməsinin səbəbi nədir? - AYDINLIQ GƏTİRİLDİ

"İl başlayandan nə qədər yanğının baş verdiyinin şahidi olduq. Bura xəstəxana, restoran, hotellər, bir sözlə, obyektlər aiddir. Ardıcıl yanğınların baş verməsi yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması məsələsini gündəmə gətirir.Obyektin yanğın təhlükəsizliyi ilə bağlı təhcizatlarla təmin edilməsində ilkin yanğınsöndürmə vasitələri, yanğın xəbərdaredici siqnalizasiya vasitəsiləri, yanğın dolabları, yanğın dirəkləri, ehtiyat su çəni, işçilərin yanğın təhlükəsizliyinə dair bilik və bacarıqlarının formalaşması və s. kimi önəmli məsələlərə də diqqət edilməlidir". Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert qeyd edib ki, obyektlərdə olan işçilər yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər, təchizatlar barədə ilkin məlumatları, yanmağa, partlamağa meyilli, yanma qabiliyyəti yüksək olan avadanlıqlarla, maddələrlə düzgün davranış qaydalarını bilməlidirlər: "Bütün bu qaydalar ona görə var ki, yanğın baş verməsin. Yanğın baş verməsi ehtimalı olan bütün işlərin görülməsi zamanı yəni açıq oddan istifadə, qaynaq işləri, qığılcım yaradan işlər və.s kimi başqa işlər aparılarkən ərazidə yanma riskinin olmadığı nəzərə alındıqdan sonra bu iş prosesinə başlanılmalıdır".

"Obyektlərdə yanğın təhlükəsizliyi təchizatı yerində, qaydasında olmalıdır, su hovuzu, yanğın dirəkləri, yanğın xəbərdarlıq, siqnalizasiya vasitələri olmalıdır. Bunların hər biri qaydasında və işlək vəziyyətdə olarsa, əlbəttə ki, yanğın halları az müşahidə olunar, müşahidə olunduğu zaman isə tez müdaxilə edilə bilər.Bütün bunlar işlək olmazsa, qarşısı alınmaz yanğınlar olar",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə