Ordubaddakı qədim kəhriz təmir-bərpa olunur

Ordubaddakı qədim kəhriz təmir-bərpa olunur

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kəhrizlər İdarəsi tərəfindən Ordubad rayonundakı “Hacı Fəttah” kəhrizində təmir-bərpa işləri aparılır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Naxçıvan bürosuna Cəmiyyətin mətbuat xidmətindən bildirilib.

Qədim kəhrizlərdən hesab olunan “Hacı Fəttah” kəhrizi üzərində “qırxpillə” adlanan abidələr vardır ki, onların əksəriyyəti evlərin zirzəmilərində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə