"Dünyada, pedaqoji fikir tarixində müəllimliyin ancaq kişi və qadın sənəti olmasını qətiyyən dəstəkləmirəm, buna birmənalı şəkildə etiraz edirəm". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

Ekspert bildirib ki, ümumiyyətlə, bu pedaqoji fikirdə "qadın müəllim" və "kişi müəllim" söhbətini yığışdırmaq lazımdır: "Pedaqoji düşüncə insanları cinsə görə bölmür. Sadəcə müəyyən mərhələ var idi. Təhsildə müəllimlərin maaşı o qədər az idi ki, Azərbaycanda kişi kultu deyilən anlayış bu peşəyə uyğun olmurdu. Bu kult nədir? Evdə maddi, sosial cəhətdən aparıcı qüvvə kişi olmalıdır. Kişi maddi təminatı həyata keçirməlidir. Sırf bu detala görə uzun illər, elə indi də davam edir, müəllimlikdə qadınlar artdı. Qadınları kişilərdən zəif təlqin etmirəm, amma reallıq da var. Çünki xanım elədir ki, kişi kultunun maddi cəhətdən dominant olduğu bir yerdə onun azacıq qazancı da əlavə dəstəkdir. Amma müəllimlik, həkimlik ancaq kişi, ya da qadın sənətidir kimi anlayışlar absurd və mənasızdır. Bunları ciddiyə almağı belə istəməzdim.
Kişi müəllimlərin sayının azlığına gəldikdə isə bu, məlum məsələdir. Uzun illər, müstəqillikdən əvvəl müəllimlik peşəsində maaşın çox olmaması və bu ixtisası bitirənlərin də müəllimliklə deyil, başqa sənətlə məşğul olmasıdır. Müəllimlik peşəsinin əlavə xüsusiyyəti yoxdur ki, qadını daha çox özünə cəlb etsin, kişini uzaqlaşdırsın. Bu, ola da bilməz. Müəllimlik öyrənmək sənətidir, informasiya alış-verişidir. İnsanın idraki göstəricisi ilə mənəvi aləminin ortaq sintezidir. Bunu qadın da, kişi də ötürə bilir. Burada pedaqoji fikir və düşüncə cins anlayışını qəbul etmir. Sadəcə bizim sosial dünyamız bunu ayırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB