Xanımların ətrafı kişilərə nisbətən daha böyük daha genişdir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan cəmiyyəti əslində bir çox ölkələrə rəğmən bu prosesi çoxdan keçmişdir. 18-ci ildə ona qədər ki, maarifçilərin apardığı böyük təbliğat nəticəsində Azərbaycan dövlət demokratiyası yaranıb və kişilərlə, qadınların bərabərliyini qəbul edib. Onlara səsvermə hüququ verdi. Qadınlarımızın cəmiyyətdə rolu get-gedə genişlənməyə, yüksəlməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirilib.
Onun sözlərinə görə, gender bərabərliyi, intellektual feminizm və s. dünyadan gələn estetik dalğalar istər-istəməz cəmiyyətimizdə qadınlar və kişilər arasında bu hüququ təşviq edib: “Amma alt qatda məişət səviyyəsində həyatda qadınlardan kişilərin, oğlanlardan qızların dostluğuna Azərbaycan cəmiyyəti yaxşı baxmırdı. Bu bizim islami, dini dəyərlərimizdən irəli gəlirdi. İslam dinində qadın və kişinin dəqiq hüquq və vəzifələri, münasibətlərindəki çox mürəkkəb sistem bəşəriyyətdə uzun müddət hazırlanmış həyatda tətbiq edilməyə başlamışdı. Bu hüquqları pozanlar cəzalandırılırdı. Ona görə də o, bizim mental təfəkkürə də oturuşmuşdu. Qadın və kişi dostluğu yüksək intellektual, elmi səviyyəsi olan cəmiyyətlərdə qəbul edilən bir formatdı. Ümumiyyətlə bu cəmiyyət insanı cinsiyyətinə, dininə, inancına görə bölmür. Məhz onun intellektual səviyyəsinə, həyatda tutduğu mövqeyinə, dünyanın, bəşəriyyətin inkişafına görə qiymətləndirməyə çalışır. Bu baxımdan qadınların və kişilərin birgə evdə yaşadığı dostluğu alqışlanandır.
Uzun müddət bununla bağlı Azərbaycanda təbliğat aparılıb qadınlar öz ruhları ilə yanaşı qadın, kişi bərabərliyini təbliğ etdilər və onun uğrunda mübarizə aparıblar. Bunu biz öz tariximizdə də görürük. Eyni zamanda bununla bağlı 8 Mart Beynəlxalq Qadın günü də elan edilib. Bu baxımdan xanımların imkanları son zamanlar daha genişdir. Bunun üçün xanımlar dostluq üçün hər cürə potensiala maddi, mənəvi imkanlara malikdirlər. Belə ki, dostluq daha çox gəncliyin işidir. İnsanın yaşı artdıqca ailə məişət problemlərinə başı qarışır və dostlar ətrafdan yox olurlar. İndi Azərbaycanda iş yerləri xanımlar üçün müvafiq olduğuna görə, xanımlarımız daha intellektual olur. Universitetlərə hər 3 nəfərdən ikisi qızlar daxil olur və onlarında get-gedə maddi imkanları genişlənir, onlar eyni səviyyədə dostluq qurmağa özləri üçün imkan əldə edirlər. Bu dostluq zamanı xanımlar pul xərcləyə, restoranlarda oğlanların hesabını verə bilirlər. Azərbaycanda xanımların ətrafı kişilərə nisbətən daha böyük daha genişdir. Qadınlarımız daha çox imkan əldə etdikcə onların dostluqetmə şansları da artır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB