Maqnit qasırğaları nədən yaranır və ölüm gətirirmi?.. - ŞƏRH EDİLDİ

“Maqnit qasırğası günəşdə partlayış zamanı əmələ gələn təbiət hadisəsidir. Bunun nəticəsində də müəyyən qrup insanlar var ki, maqnit qasırğasının təsirinə məruz qalırlar. Bu adətən yaşlı insanlara, xroniki xəstəlikləri olanlara daha çox təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, ürək damar sistemi, asma problemi olan şəxslər, hamilə xanımlar maqnit qasırğasına daha həssas olan şəxslər sırasında yer alır: “Maqnit qasırğasına həssaslığı olan insanlar günəşdə olmaqdan çəkinməlidirlər. Yaşlı insanlar və mütəmadi dərman qəbul edənlər həmin günlərdə dərmanlarının qəbuluna xüsusi diqqət yetirməlidirlər. Zərurət olmadığı təqdirdə maqnit qasırğası gözlənilən günlərdə havaya çıxmamaq tövsiyyə olunur. Maqnit qasırğası insan üzərində təsirlərini baş ağrısı, ürək bulanma, baş gicəllənməsi, oynaq və sümük ağrıları şəklində göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə