"Narsistlərin yem etdiyi insan tipi zəif psixoloji insanlardır" - PSİXOLOQ FİKRİ
"Narsistlik çox yayılmış olsa da bunun haqqında elmi araşdırmalar azdır. Narsistlər adətən özündə egoları vurğun insanlardır və bu onlarda hər şəraitdə özünü göstərir. Ən əsası özləridir və empati bacarıqları sıfırdır". Bu sözləri açıqlamasında SİA-ya psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, narsistlər bir neçə qrupa bölünür “Əsas narsistlər özlərini mərkəzə qoyurlar, hər şeyi özləri idarə etmək istəyirlər əgər onun nəzarətindən nəisə çıxdısa, diqqət mərkəzində deyilsə çox aqresivləşirlər. Hər kəslə kobud davranır, mübahisə yaradırlar. Onlarda həddindən artıq “Mən” anlayışı var. Ona görə ətrafdakıların ona olan diqqəti, qayğısı normala dönürsə bu, onlarda kin və aqressiya yaradır. Narsistlər heç bir zaman üzr istəmir, öz səhvlərini başa düşmür, qəbul etmirlər. Bundan əlavə qırıcı narsistlər də var. Onlar tez küsməyi ilə hərşeyi idarə edirlər.
F.Mehmanqızı qeyd edib ki, narsistliyin bir neçə səbəbi var: “Genetik və irsi, psixolojik travmatik halında olan narsistliyə gətirib çıxardır. Bunlar adətən hər şeyə nəzarət edən, həddindən artıq övladının hər dediyini edəndir valideynlərdir və onlar bir narsist yetişdirə bilir. Bu gün narsistlər həddindən artıq çox ətrafımızda var, bunun səbəbi narsistdən asılı, özgüvənsiz insanlar çoxdur. Narsistlərin yem etdiyi insan tipi zəif psixoloji insanlardır. Onları həyatlarında davamlı olaraq məhv etməyə başlayırlar və buna özgüvənsiz insanlar icacə verir. Nə qədər ki özgüvənsiz, zəif, həssas insanlar olacaq bir o qədər də narsislər onlara yem kimi baxacaq. Onlardan uzaq durmalı və onlara həyatınızı məhv etmək üçün imkan verilməməlidir. Əgər siz onlardan istədiyi kimi davranmasaz, özləri çıxıb gedəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB