"Son tədqiqatlara görə belə sübutlar var ki, ana və atanın uşağa hamilə qalmamışdan öncəki bir ili, 9 ay hamiləlik dövrü və sonrakı bir il uşağın həyatında proqramlaşdırma dövrüdür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Psixoloq bildirib ki, əgər bu dövrdə ana və ata çoxlu stress keçiribsə, 9 ay hamiləlik, ondan sonra bir il yaşadıqları hər şey uşağın şüuraltında yazılır: "Uşağın sonrakı həyatına, sağlamlığına, psixikasına, hərəkətlərinə, digər həyat sferalarına təsir göstərir. Ona görə də bu dövrdə valideynlərin necə böyük məsuliyyət daşıdığı haqqında bilmələri çox vacibdir. Bunun üçün valideynlərdən daha çox məsuliyyətli olmaq, psixoloji maariflənmələri arzuolunandır.
Uşaq dünyaya gəldikdən sonrakı dövrlər də çox vacibdir. Çünki valideynlərin necə davranış göstərməsi, psixoloji cəhətdən uşaqları necə böyütmələri əhəmiyyətlidir. Uşaqlar davranışları imitasiya edir. Bildiyimiz kimi uşaq evin aynasıdır. Valideynlər hansı davranışları sərgiləyirsə, uşaq da həmin davranışları avtomatik olaraq götürür və sərgiləyir.
Ölkəmizdə ailə psixoloqunun olmaması məsələsi bir az insanların öz məsuliyyəti üzərinə düşür. Çünki hazırda Azərbaycanda kifayət qədər mütəxəssis var. Onlar maarifləndirmə işləri görür, öz üzərlərində çox işləyirlər. Əgər insan üzərinə məsuliyyət götürüb başa düşsə ki, insanın beynini, həyatını psixika idarə edir, bu tərəfdən maariflənməsi daha yaxşı olardı. Maariflənərək öz həyatlarını, travmalarını ortaya çıxararaq, uşaqlarının necə düzgün psixoloji yanaşmalarını öyrənərək onlara kömək edə bilərlər. Burada məsuliyyət bir az da artıq valideynlərin də üzərinə düşür. Məsuliyyət uşaqlarla əlaqədar olanda valideynlərin üzərinə, şəxsin özü ilə əlaqədar olanda isə öz üzərinə düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB