Məşhur türk müğənni və aktrisa Hülya Avşar kuryeri məhkəməyə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin icra təbliğatını gətirən kuryer onu Hülyanın qızı Zəhraya verdikdən sonra imzanı öz adından çəkib. Buna görə də müğənni dərhal vəkiliylə danışıb və kuryer K.İbrahimi şikayət edib.
Məhkəmə təqsirləndirilən şəxsə 1 il 8 ay həbs cəzası verib. Həmin şəxs məhkəmədə açıqlamasında bildirib: "Bizə təbliğat bildirişlərin paylanması ilə bağlı heç bir məlumat verilmədi. İşə başlayanda, sadəcə, bağlama paylayacağımı düşünürdüm. Ancaq işə başlayanda bunun belə olmadığını gördüm. Bunu da qeyd edim ki, daha əvvəl də belə bir hadisə olmuşdu. Hülya xanım almadığı üçün təbliğatı mühafizəyə vermişdim.
Hadisənin yaşandığı gün mən həmin icra təbliğatını apardığımda binanın mühafizəsiylə danışdım və o, mənə evdə, sadəcə, Zəhra Çilingiroğlunun olduğunu dedi. Daha sonra isə liftə mindiyimdə onunla qarşılaşdım, xanım harasa tələsirdi. İcra təbliğatını ona verdim lakin imza çəkdirmək yadımdan çıxmışdı. Pis bir niyyətim olmadığına görə imzanı özüm çəkdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB