ADY təhlükəsiz səyahət imkanlarını artırır

ADY təhlükəsiz səyahət imkanlarını artırır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qış aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır. ADY-dən SİA-ya verilən məlumata görə, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün ADY-nin kassaları, “ADY Mobile” tətbiqi və ya www.ady.az saytından yararlana bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə