Ev alarkən nələrə diqqət etməliyik? - ESKPERTDƏN AÇIQLAMA

Ev alarkən nələrə diqqət etməliyik? - ESKPERTDƏN AÇIQLAMA

Mənzil seçərkən, ilk növbədə, həmin mənzilin çıxarışını və bu mənzilin girovda olub-olmadığı öyrənilməlidir. İkinci növbədə yaxşı olar ki, qiymətiylə bağlı qiymətləndirici ekspertlə məsləhətləşmə aparılsın. Həmin mənzilin o qiymətə olduğu dəqiqləşdirilməli və bundan sonra mənzildə kimlərin qeydiyyatda olduğu bilinməlidir. Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, gələcəkdə mənzili satmaq istəyərkən bəzi problemlər yaradır: “Evin köhnə sakinləri qeydiyyatda qaldığı üçün ev sahibi mənzili satdığında, həmin şəxslərində notariatda razılığı tələb olunacaq. Yəni, qeydiyyatla bağlı məsələlərə diqqət yetirilməlidir. Notariat vasitəsilə evin alqı-satqısı aparılmalı və notariatda vətəndaşlar çalışmalıdırlar ki, hansı qiymətə alırlarsa, o qiymət də orada qeyd olunsun. Çünki bəzən olur ki, vətəndaşlar 100 min manata mənzil alırlar və notariatda 50 min göstərirlər. Bu, gələcəkdə evin əvvəlki sahibi evi qaytarmaq istəsə, o zaman məhkəməyə verəndə, yalnız 50 mini 6 ay ərzində ödəyib qaytara bilər. Evin mütləq vizual görüntüsünə baxmalı, istilik sistemi və kommunalla bağlı məsələləri öyrənmək lazımdır. Mənzillərin fərqli növləri var, bəzən bazarda ucuz yataqxana olan yerləri hal-hazırda mənzillərdə mövcuddur. Məlum olduğu kimi, həmin mənzillərin bəzilərində təbii qazdan təchizat yoxdur. Qazdan təchizatı olmayan mənzillər yalnız elektrik vasitəsilə qızdırılır”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə