"Psixoloqun "Biləcəridən o tərəfə" çıxışı olmalıdır" - PSİXOLOQDAN SƏRT AÇIQLAMA
"Azərbaycanda belə bir tendensiya var ki, psixoloq seçərkən onun şişirdilmiş dodağına, ceyran gözlərinə, uzun dırnaqlarına baxırlar". Bunu SİA-ya açıqlamasında psixoloq Vəfa Rəşidova deyib.
Onun sözlərinə görə, bunları etməsələr psixoloqun onlara nə qədər nə verə biləcəyini ən azından ilk görüşdən anlamaq olur: "Psixoloqun reklamı çoxdursa, maniken kimi gezirsə bu, o demək deyilki həmin şəxs yaxşı psixoloqdu. Psixoloq sənə elm və istiqamət verməlidir. Əsasda psixoloqun dünya görüşü olmalıdır. Mən hər zaman deyirəm ki, psixoloq olan insan ən azından dünya görüşünün geniş olması üçün dünyaya gözü açıq olmalıdır. Çünki hər cür insansandan, dini mənsubiyəti fərqli olandan, dəyərlər sistemi fərqli insandan rastlaşa bilər. Bu olduğuna görə ən azından "Biləcəridən o tərəfə" çıxışları olmalıdır. Bu olmasa insanın dünya görüşü gəzməklə bəlli olur? Bəli. Oda roll oynayır. Amma mütaliyəsizdə gəzməyin heç bir mənası yoxdu, insanlar bunu qarışdırmasın. Məsələ burasındadır ki, psixoloqun savadına, verdiyi nəticələrə baxmaq lazımdır. Əgər bir psixoloq digər insanlarda nəticə veribsə, demək o alın təriylə çalışan psixoloqdur. Özünü maniken kimi təqdim edən psixoloqlara uyub getməyin. O, sizi əksinə pis günə qoyacaq və nəticədə verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB