"İnsanlara duyğularını yaşamağı yox, basdırmağı öyrədiblər" PSİXOLOQ AÇIQLADI
“Psixosomatika emosional vəziyyətin insan bədəninə verdiyi zərbə nəticəsində bədəndəki ağrılar, narahatlıqların həyat tərzinə təsir edəcək qədər yüksək olmasıdır. Bunu SİA-ya açıqlamasında psixoloq Aygün Cəfərova deyib.
Onun sözlərinə görə,məsələn, insanların narahatlıqları, ürəyində və bədənində ağrılar olur: “Mədə-bağırsaq problemləri kimi bədəni əhatə edən bütün xəstəliklərin simptomlarını hiss edə bilir. Onlar həkimə gedib yoxlanışlardan keçirlər, amma heç bir əsas tapılmır: “Məsələn, ürəyim ağrıyır gedirəm həkimə, bütün yoxlanışlardan keçirəm, lakin bu ürək ağrısını göstərəcək bir əsas ortaya çıxır. Bu, o deməkdir ki, məndə psixosomatik ağrılar var. Bunun səbəbi insan emosiyalarının keçirdiyi travmaya vurduğu zərbədir. Düşünün ki, insan hər hansı bir stresdən çıxır və duyğularını tamamilə yaşaya bilmir. O duyğular insan bədənində qalır.
O neqativ duyğular bədəndə çoxaldıqca daha sonra insan başlayır genetikasından, fizioloji vəziyyətindən asılı olaraq dəyişir: “Bu, hər bir insanda özünü bir cür göstərir. Bəzi insalarda ürək ağrısı, mədə-bağırsaq problemləri bəzilərində isə əzələ problemləri, eşitmə, görmə problemləri kimi bütün xəstəlikləri əhatə edə bilir. Əsas səbəb odur ki, insanlara duyğuları ilə tam yaşamağı yox, duyğuları maksimum basdırmağı öyrədiblər. Duyğular nə qədər basdırılırsa, o bizim bədənimizə, ruhumuza mənfi təsir göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB