"Nəqliyyat vasitələrinin artımı çox mənfi təsir göstərəcək" - EKSPERT XƏBƏRDARLIQ ETDİ
Azərbaycan əhalisinin yanacaq xərcləri 10 %-dən çox artıb. Bu isə o deməkdir ki, ölkədəki nəqliyyat vasitələrinin sayı artıb. Ölkədə avtomobillərin sayının bu qədər çox olmasının hansı mənfi təsirləri var? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənovun fikirlərini öyrənib..jpg)
Ekspert bildirib ki, yol hərəkətinin təşkili qaydalarına və tikinti normalarına indi-indi riayət olunmağa başlanılıb: “Bu günə qədər tikintilər tikinti normalarına uyğun deyildi. Təzəlikcə Bakının baş planı təsdiq olunur, yolun eni, zolaqların sayına nəzarət həyata keçirilir. Bu artım onu göstərir ki, insanların, potensial sürücülərin sayı artdıqca nəqliyyat vasitələrinin axını da artır”.
Onun sözlərinə görə, müşahidə etsək görərik ki, gömrükdən kifayət qədər nəqliyyat vasitəsi axını var: “Baxmayaraq ki, 10 ildən bir nəqliyyat vasitələlərinin Azərbaycan ərazisinə gətirilməsinə müəyyən məhdudiyyətlər tətbiq olunur, nəqliyyat vasitələrinin sayı durmadan artır”.
R.Həsənov qeyd edib ki, hazırda şəhərdəki ictimai nəqliyyat vasitələri, avtobusların hərəkəti və üstəgəl insanların artımı çox mənfi təsir göstərəcək: “Bu mənfi təsirlər müəyyən məhdudiyyətlər tətbiq olunmadıqca davam edəcək. Bəzi iri meqapolislərdə bu kimi təcrübədən istifadən istifadə olunur. Mərkəzi küçələrə müəyyən günlərdə ərazidə yaşayan sakinlər, personal və iaşə obyektləri işçilərini çıxmaqla giriş qadağan olunur. Buna görə düşünürəm ki, artım sıxlıq və tıxacla müşahidə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB