"Boşanma sayının artmasına təsir göstərən ciddi amillər çoxdur. O, bu məsələyə təsir göstərən 3 faktor haqqında danışıb. Ailə məsələləri həmişə xüsusi diqqət, həssas yanaşma tələb edir. Sosial şəbəkələrin və internet istifadəsinin ailə problemlərinin, eləcə də boşanmaların sayının artmasında əhəmiyyətli dərəcədə bağlılığı, qarşılıqlı asılılığı var". Bu sözləri SİA-ya sosioloq Nail Cəlil deyib.
Sosioloq sözlərinə davam edərək bildirib ki, indi texnologiyaların sürətli inkişafı hər kəsin internetə çıxışının, təsadüfi şəxslərlə açıq, sərbəst, maneəsiz ünsiyyət qurmaq imkanının yaranması, boşanmaların sayının və xüsusi çəkisinin artmasında əlverişli zəmin yaradır: "Doğrudur, sosial şəbəkələrin, sosial ünsiyyətin genişlənməsi, bilik, informasiya əldə etmək baxımından rolu, cəmiyyətə, insanlara təsiri kifayət qədər müsbətdir. Amma müəyyən mənfi təmayüllər - xəyanət riski, ailədə ənənəvi bağlılığın zəifləməsi, şəxsi uğursuzluqları sosial şəbəkələr, internet vasitəsilə kompensasiya etmək cəhdləri də özünü qabarıq şəkildə göstərir".
Bu məsələnin birtərəfli şəkildə qabardılmasını da sosioloq ciddi amillərdən biri hesab edir. Onun sözlərinə görə, nə qədər ziddiyyətli səslənsə də, digər mühüm səbəblərdən biri işləyən, çalışan, kişilərdən və ya əks-cinsdən asılı olmaq istəməyən xanımların sayının yetərincə artması boşanmaların artmasına gətirib çıxarır: "Medianın, televiziyanın, ailə təsisatını zəiflətmək istəyən müəyyən mərkəzlərin təbliğat və müxtəlif sosial-psixoloji təsir üsulları ilə az qala hər evə yol tapmaları da burada öz sözünü deyir. Məncə, digər səbəblərdən biri də bizim bütün bunlara qarşı müqavimətimizin zəif olması və ya ailə dəyərlərini qorumaq, ailəni, milli-mənəvi, sosiomədəni dəyərlərimizi qorumaq üçün ciddi sosial proqramları, effektli əks-təsir mexanizmlərini vaxtında, zamanında işləyib hazırlaya bilməməyimizdir. Bu, bütün dünyada özünü göstərən sosial təmayüldür".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB