“Reza Deghatinin gözündən Xocalı soyqırımı” adlı görüş keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə “Reza Deghatinin gözündən Xocalı soyqırımı” adlı görüş keçirilir.
Tədbirdə təşkilat nümayəndələri və müxtəlif universitetlərdən tələbələr iştirak edirlər.
Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edildi.
Görüşdə tanınmış fotojurnalist, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı Reza Deghati iştirak edir.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB