Mükəmməl olmağa ehtiyac var? - PSİXOLOQ DANIŞDI

Mükəmməl olmağa ehtiyac var? - PSİXOLOQ DANIŞDI

*Mükəmməlliyyətçilik çox mənfi haldır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, bu cür insanlar heç vaxt rahatlıq tapa bilmirlər: "Əllərində olanla qane olmurlar. Həm də xarakter baxımından rahat insanlar deyillər. Mükəmməlliyyətçi insanların ətrafında olanlar da əziyyət çəkirlər. Onlar istədiklərinə nail ola bilmirlər. Hər zaman narazı olduqları üçün başqalarından da narazı qalırlar. Qarşılarındakı insanlara kobud rəftar, sözlər işlədə bilirlər, tələskən, həyəcanlı olurlar. Maksimalist olmaq psixi problemlərə də gətirib çıxara bilir".

"Mənfi təsirləri odur ki, insanın rahatlığı olmur, hər zaman nəyinsə azlığından şikayət edir. Tələbədirsə, qiymət alarkən özünü müqayisə etməyə başlayır, digərləri ilə razılaşmır, özünü narahat hiss edir. Əgər yüksək qiymət alıbsa, yenə də ən yüksəyin özü olmasını istəyir. Belə insanlarda ailə həyatında da problemlər çox olur. Həyat yoldaşları ilə razılaşmırlar. Xanım, yaxud kişi olsun, evin təmizliyi, təşkilatçılıq qabiliyyətləri ilə, təşkilatçılıqda olan balaca mənfi nüans onların qanını qaralda bilir. Bunların hamısı mükəmməlliyə can atan insanların mənfi xüsusiyyətləridir" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə