Bədən dili bizə nələri öyrədir? PSİXOLOQ AÇIQLADI

Bədən dili bizə nələri öyrədir? PSİXOLOQ AÇIQLADI

İnsanlar arasında ünsiyyətin əhəmiyyətli bir hissəsi şifahi olmayan ünsiyyət vasitəsilə baş verir. Buna "bədən dili" deyilir. SİA-ya açıqlamasında psixoloq Mahu Teymurova bildirib.

Onun sözlərinə görə, bədən dili jestlər, mimikalar, duruş və fiziki davranış vasitəsilə ifadə olunan duyğu və düşüncələri əhatə edir:

“Bəs bədən dilinin əhəmiyyəti nədir? Bədən dili şifahi ünsiyyəti dəstəkləyir və mənasını gücləndirir. Məsələn: bir insana xoş sözlər deməklə yanaşı, təbəssümlə qarşıladığımız zaman, qarşı tərəf onun mehribanlığını və xoş niyyətini daha çox hiss edir.

“Bədən dili”ndən necə düzgün istifadə edə bilərik?

1. Davranışın Kontrolu: Mümkün qədər təbiətə uyğun və rahat bir şəkildə bədən dilini istifadə etmək ən mühüm faktordur. Anormal və kobud davranışlar diqqət çəkərək, qarşı tərəfin narahat olmasına səbəb olur.

2. Düzgün duruş: Dik durmaq, özünüzü özgüvənli və qəbul edilmiş hiss etməyinizi təmin edir.

3. Jest və mimika: Üz ifadələri, əl və qolların istifadəsi mühüm faktordur. Sözləriniz jest və mimikalarınız vasitəsi ilə daha yaxşı anlaşılır.

Bədən dilini gizlətmək mümkündürmü?

Bədən dilini tamamilə gizlətmək mümkün deyil, çünki insanlar və onların bədən dili təbiəti ilə əlaqəlidir.

Bəs “bədən dilini” oxuyaraq qarşı tərəfin yalan deyib demədiyini anladığınızı bilirdiniz?

Bəzən kiminsə yalan danışdığını bədən dilindən müəyyən etmək olur. Məsələn, yalan danışmağa meyilli insanlarda göz təmasından qaçınma, əsəbilik əlamətləri (məsələn, əl titrəməsi və ya tərləmə), bədən gərginliyi və ya ani hərəkətlər kimi əlamətlər görünə bilər. Ancaq bu əlamətlər həmişə dəqiq olmaya bilər. Yalana əsaslanan qərar qəbul etməzdən əvvəl digər dəlilləri də nəzərə almaq vacibdir”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə