“Emosional aclıq, xüsusən, gecələr gəlir” - ARAŞDIRMA

“Emosional aclıq, xüsusən, gecələr gəlir” - ARAŞDIRMA

Bəzən qidalanmaq neqativ duyğulara qarşı istifadə edilən silah rolunu oynayır. Emosional yemək yemə problemi olan insanlar çox vaxt həyatlarını daimi yemək ehtiyacı içində keçirirlər. Bəs buna necə qalib gəlmək olar? “Biri var fiziki aclıq yəni insanın həqiqətəndə qidaya ehtiyacı olur, biri də var emosional aclıq. Emosional aclıq psixoloji vəziyyətindən asılı olaraq yemək hissidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

F.Nizamova qeyd edib ki, bunları necə ayırd etmək olar desək, emosional aclıq xüsusən gecələr gəlir və hardasa toxluq hissi var lakin yenə də yemək yemək istəyir: “Adətən bu cür emosional aclıq yaşayıb xörək yedikdən sonra insana peşmançılıq hissi gəlir ki, “mən niyə yedim?, mən özümə ziyan vurdum”. Belə desək bir duyğudan çıxıb digər duyğuya girir insan. Bu hiss insana gəldikdə ondan qurtulmağın yolu özünə sual verməkdir: “Mən niyə yemək istəyirəm? Yeməsəm nə olar?”. Çünki həqiqətən insan özünü adi vaxta da dinləməli, bəhanə uydurmamalıdır. İnsan bəzən özü-özünə “ yemək yeməsəm qarnım quruldayar, ac qalaram, mədəm sıyrılar, ürəyim sıxılar” kimi cavablar verə bilər. Amma emosional aclıqda “yeməsəm özümü pis hiss edərəm”-dən başqa heç nə deyə bilməz. Burda insanın yeganə edə biləcəyi şey, özünü kontrol edə bilməsidir. İnsan həmin zaman anlamalıdır ki, mən emosional aclıq yaşayıram.

Çünki o qida insana zərərdən başqa heçnə verə bilməz.

1. Bədənin ona ehtiyacı yoxdur.

2. ⁠Neqativ duyğuları basdırmaq üçündür.

3. ⁠Yeməyi bitirdikdən bizə sonra neqativ duyğular yükləyir.

Emosional aclığın və istəmədən yeməyin səbəbləri insanın psixoloji vəziyyəti, basdırmaq istədiyi duyğulardır. Belə insanlarda var deyirlər ki, “ Mən əsəbləşəndə çox yeyirəm”.

İnsan bəzən stressə düşür və deyə bilmədiyi sözlər, narahat olduğu vəziyyət varsa, qida vasitəsiylə basdırmağa çalışır”.

Bu mövzuyla bağlı dietoloq Ceyhunə Yusifova fikir bildirib.

“Bioloji aclıq orqanizmdə enerji və ya qida çatışmazlığı hiss etdikdə baş verir. Bu normal aclıq yəni fizioloji aclıq orqanizmin qida maddələrinə olan ehtiyacını göstərir və maddələr mübadiləsinin düzgün işləməsi üçün vacibdir”.

Onu sözlərinə görə, psixoloji aclıq isə fiziki aclıq hiss etdiyimiz halda yemək istəyinə səbəb olan emosional və ya psixoloji faktorlara əsaslanır: ”Məsələn, cansıxıcılıq, stress, kədər ölüm qorxusu kimi hallar yemək istəyini tətikləyə bilər. Xarici mühit faktorları da psixoloji aclığa təsir edə bilər. Reklamlar, sosial media və ya ətrafımızdakı başqalarının yemək davranışı kimi faktorlar yemək istəyimizə təsir edə bilər. Psixoloji aclıq bir çox insanın yaşadığı bir vəziyyətdir. Bu zaman orqanizm fiziki aclıq hiss etməsə də, psixoloji yemək istəyi yarana bilər. Bu, daha çox stress, sıxıntı, narahatlıq kimi emosional amillərlə bağlıdır. Psixoloji aclıq qeyri-sağlam qidalarla əlaqəni artıra bilər, çünki qida adətən ehtiyac vəziyyəti deyil. Nəticədə, daha çox enerji qəbulu olduqda çəki artımı da baş verə bilər.

Bundan əlavə, bəzi insanlar emosional olaraq istirahət etmək və ya narahatlıq hisslərini yatırmaq üçün yemək yeməyə meyllidirlər. Buna güvən yemək və ya emosional yemək deyilir. Bu zaman psixoloji aclıq hiss olunduqda insan emosional ehtiyaclarını qida ilə təmin etməyə çalışa bilər. Bu isə öz növbəsində çox yeyərək kilo almağa hətta obeziteyə qədər gətirib çıxara bilər. Buna görə də bəzi strategiyalar psixoloji aclığı idarə etmək və çəki artımının qarşısını almaq üçün istifadə edilə bilər. Bunlara kitab oxumaq idman etmək təmiz havada Yürüyüş etmək ən sevdiyi aktivitə ilə məşguı olmaq və s. Hətta bəzən evdə təmjzlik işləri səliqə səhman yaratmaq artıq əşhaıari evdən xaric etmək də bu psixoloji aclıqla mübarizə apara bilir. Psixoloji aclıq olduqda alternativ fəaliyyətlər etmək, stress idarə etmə üsullarını tətbiq etmək, sağlam və balanslı qidalanmaya fikir vermək çox önəmlidir.

Fiziki aclıq və psixoloji aclığı ayırd etmək də vacibdir. Həqiqi aclıq hiss olunursa, toxluğu təmin etmək üçün sağlam qidalar yemək vacibdir. Nəticədə psixoloji aclıq insanları daha çox yeməyə sövq edir və kökəlməyə səbəb olur. Buna görə də emosional vəziyyətlərdən xəbərdar olmaq, sağlam qidalanmağa diqqət yetirmək və emosional aclığın öhdəsindən gəlmək üçün uyğun strategiyalardan istifadə etmək vacibdir”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə