Azərbaycanda təkrar emal necə həyata keçirilir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Təkcə plastik deyil, başqa materiallardan olan məişət tullantılarının da utilizasiyası bir çox hallarda dünya praktikasında təkrar emal vasitəsilə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

Ekoloq bildirib ki, məişət tullantılarını müxtəlif üsullarla utilizasiya etmək, zərərsizləşdirmək olar: "Amma ən yaxşı üsulu məişət və bir çox sənaye tullantılarının təkrar emalıdır. Təkrar emal dedikdə plastik tullantılardan söhbət gedirsə, onlar toplanır və yenidən əridilərək istehsal prosesində xammal kimi istifadə olunur. Təkrar emalın əsas mahiyyəti bundan ibarətdir. Plastiklərdən başqa metallar, şüşə, kağız materialları və sair təkrar emala yönləndirilə bilər. Bunlar dünya praktikasında çox geniş tətbiq olunur və yaxşı nəticələr verir. Bu üsulun əsas faydası ətraf mühitin bir çox tullantılardan azad olmasıdır. Digər tərəfdən iqtisadi baxımdan çox önəmlidir və xammal kimi istifadə olunarkən iqtisadi cəhətdən də fayda vermiş olur. İkitərəfli faydasına görə əhəmiyyətli hesab edilməlidir.
Azərbaycanda isə bildiyimiz kimi Balaxanı məişət tullantıları poliqonunda bir neçə il əvvəl belə müəssisə istifadəyə verilib. Həmin müəssisə hal-hazırda fəaliyyət göstərir. Özəl şirkətə məxsusdur. Bu, Azərbaycan miqyası üçün kiçik bir müəssisədir. Hətta Bakının da bütün tullantılarını bu müəssisə emal edib. Azərbaycanda digər böyük şəhərlərdə, o cümlədən, regionlarda belə müəssisələrin istifadəyə verilməsi, tətbiq edilməsinə böyük ehtiyac var. Bunlar həm ətraf mühitin təmizlənməsi üçün, eyni zamanda iqtisadi cəhətdən də faydalıdır.
Bunun üçün ilk növbədə addım atmalı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir, sonra isə digər dövlət qurumları da təkan verən təşəbbüslə çıxış edə bilərlər. Təəssüf ki, məsələ Balaxanı məişət tullantıları poliqonundan o tərəfə getməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB