“Dövlət din sahəsinə xüsusi diqqət və qayğı göstərir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Dövlət din sahəsinə xüsusi diqqət və qayğı göstərir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Bu gün Azərbaycanda dini mühit ən yüksək səviyyədədir. Hazırda dövlət din sahəsinə xüsusi diqqət və qayğı göstərir. Ölkəmizdə İlahiyyat İnstitutunun fəalliyyət göstərməsi də dini təhsilə verilən dəyərin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, KİV vasitəsilə daha geniş təbliğat aparılmalıdır ki, din olduğu kimi insanlara çatdırılsın: “Nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Bu mənada gənclərimizin düzgün dini biliklərə yiyələnməsi üçün səy göstərməli, çalışmalıyıq. Çünki əks təqdirdə bu gələcəkdə böyük problemlərə yol aça bilər.
Məhz bu səbəbdən də dinin düzgün bir şəkildə cəmiyyətə, xüsusilə də gənclərə çatdırılması dini sahədəki mühüm məqsəd olar aktuallığını saxlayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə