“Bəzən stres də bizə motivasiya verir”

“Bəzən stres də bizə motivasiya verir”

Hər il imtahanlarda minlərlə şagird yüksək imtahan qayğısı səbəbiylə istədikləri performansı yerinə yetirə bilməməkdə, bir çox psixoloji, hətta fiziki və ailədaxili qarşıdurmalar yaşamaqdadır. Yaranan rəqabət mühitinə görə universitetə hazırlaşan tələbələrdə imtahan həyəcanı imtahan performansına mənfi təsir göstərə bilər. Şagirdlərin imtahan zamanı stresə düşməsinə təsir edən bir çox məqam var. Bunların əsasında ailə və sosial mühit faktoru dayanır.

Bu mövzuya SİA-ya Ahəng PRİM rəhbəri, ailə uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova münasibət bildirib.

“İmtahan stresi fevral, mart və aprel aylarında uşaqların daha çox narahat olduğu məqamdır. İmtahan stresindən yalnız abituriyent yox universitet tələbələri də narahatdır. İmtahan özü həmişə stres vəziyyətini yaradır, amma bundan qurtulmaq üçün düzgün proqramla oxumaq vacibdir. Bundan əlavə olaraq düzgün qidalanmaq, yuxu rejimi yəni əhvalımızın həmişə yüksək olması vacibdir. İmtahan stresinə qalib gəlmək üçün ümumiyyətlə anlamalıyıq ki, stressiz də maraqsız olar. Stres özü də bəzən bizə motivasiya verir ki, nəyəsə hazırlaşaq, marağımız olsun və s.

Psixoloq qeyd edib ki, stresə qalib gəlmək üçün özünə inam da vacibdir və bunun üçün hər zaman dərsə, imtahana düzgün hazırlaşmaq, materialları təkrarlamaq, bilmədiyimiz yerləri öyrənmək, müəllimlə sıx əlaqədə olmaq vacibdir”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə