"Qonşu ölkələr narkotiklə gəncliyimizi məhv etmək istəyir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Narkotik vasitələrinin dövriyyəsi artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri Büllur Məmmədova deyib.

O bildirib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada son zamanlar narkotikin sürətli şəkildə artımı müşahidə olunur: "Həmçinin, bu artım Azərbaycanda da özünü göstərir. Azərbaycanda da narkotiklə məşğul olan insanların sayı davamlı şəkildə artmaqdadır. Bu da pis nəticələrə gətirib çıxarır. Bizim gələcəyimizin, genefondumuzun məhvə getməyinə səbəb olur. Biz əvvəlcə bu bəladan xilas olmaq üçün maarifləndirməni artırmalıyıq. Ölkə, cəmiyyət olaraq hər kəs bu maarifləndirmədə aktiv şəkildə iştirak etməlidir. Maarifləndirmədə birlik olsaq, bu bəladan xilas ola bilərik. Ümumiyyətlə, hamıya narkotiklə bağlı məlumat verməliyik. Biz cəmiyyəti bu haqda maarifləndirsək, bu bəladan xilas ola bilərik. Başqa cür bundan xilas olmaq çox çətindir.
Son vaxtlar narkotik ən çox müharibədən sonra ölkəmizdə daha sürətli yayılmağa başladı. Bunun səbəbi də bizim müharibədən qalib çıxmağımız oldu. Biz qalib ölkəyik. Gəncliyimizin güclü olduğunu, vətənpərvərliyini necə nümayiş etdirdiyini gördük. Təəssüflər ki, qonşu ölkələr bizi sevmir. Heç bir ölkə istəmir ki, onun qonşuları belə güclü olsun. Bizim qonşularımız bizi sevmədiyinə görə narkotiklə gəncliyimizi məhv etməyə başladılar. Onlar gördülər ki, bizim genefondumuz, gəncliyimiz necə güclüdür. İran da bunu gördü. Heç biri istəmir ki, qonşu ölkə güclü olsun. Onun üçün də İran narkotiki Azərbaycana ötürməyə, gəncliyimizi məhv etməyə başladı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB