“Ciddi dərəcədə qiymət artımları baş verib” MÜNASİBƏT BİLDİRİLDİ

“Ciddi dərəcədə qiymət artımları baş verib” MÜNASİBƏT BİLDİRİLDİ

“Uzun illərdir ki ölkədə, xüsusən paytaxda Bakı, Abşeron, Sumqayıt digər böyük şəhərlərdə daşınmaz əmlak qiymətlərin artması baş verir. Artım daha çox Bakı, Abşeron qisməndə Sumqayıt şəhərindədir”.əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, ən böyük qiymət artımı 2023-cü ildə oldu ki, paytaxt Bakı şəhərində əmlakların qiymətlərində fantastik artımlar müşahidə olundu: “2023-cü ilin oktyabr ayından başlayaraq çox ciddi müştəri qıtlığı başladı.Qıtlığa səbəb qiymətlərin pik həddə artmasıdır. Qiymətlərin artmasında müxtəlif səbəblər var, səbəblərdən biri də daha çox köhnə tikili binaların pilot layihə üzərinə sökülməsidir. Yəni köhnə binalar sökülür yerində yeni binalar tikilir. Bu binada yaşayan sakinlərə tikinti şirkəti tərəfindən yeni binalar verilənə qədər onların kirayə, köç xərc və s. pulları ödənilir. Bunlar tikinti şirkətləri tərəfindən qarşılanır və tikilən binalardan vətandaşlarına tam təmirli, daha geniş bina verilir ki, verilmiş mənzilin bazar dəyəri vətandaşın köhnə mənzilindən daha baha qiymətə dəyərləndirilir. Başqa bir tərəfdən biz yeni tikililərə nəzər salsaq, paytaxt ərazisində əvvəlki illər kimi çox mənzilli binalar inşa olunmur və inşaat işləri azaldıqca qiymətlərdə də artım baş verir. Tikinti qanunvericiliyinə görə, daha əvvəlki kimi sıx şəkildə hündür mərtəbəli binaların tikintisinə icazə verilmədiyinə görə bu da tikinti xərcini artırır. Bu səbəbdən hal-hazırda qiymətlərdə artımlar müşahidə olunur, təqribi 3 il bundan əvvəl Bakının Yasamal, Nərimanov, Nəsimi rayonlarında ən ucuz proyekt olan xruşşovka layihəli binalarda bir otaqlı mənzilin satış qiyməti təqribi 65-70 min manat idisə, indi bu qiymət 95-110 min manat arası dəyişir. Bu sadəcə bir otaqlı mənzilin qiymət artımıdı, 2 və 3 otaqlılarda da bu formada ciddi dərəcədə qiymət artımları baş verib”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə