"Həcclə bağlı “əllaməlik” etməyə ehtiyac yoxdur" - DEPUTAT SƏRT DANIŞDI

"Həcclə bağlı “əllaməlik” etməyə ehtiyac yoxdur" - DEPUTAT SƏRT DANIŞDI

“Hər il ölkəmizdə həcc ziyarətinin qiyməti açıqlanan zamanı qiymətin yüksək olması ilə bağlı geniş müzakirələr aparılır. Əksəriyyət qiymətin baha olmasından şikayətlənir”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır: “Çünki ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir. Sosial mediada həclə bağlı gedən müzakirələrə gəldikdə isə, hər kəs bilməlidir ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq həcc ibadətini yerinə yetirməlidir. Bu islamın vacib şərtlərindən biridir”.

C.Məmmədov qeyd edib ki, həccə verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə söhbət ikinci dəfə həcdən gedirsə bəli həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür: Sonda isə hesab edirəm cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var. Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əlavə “əllaməlik” etməyə ehtiyac yoxdur. Çünki hesab o dünyada çox ağır olacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə