Sevgi əsaslı yoxsa məsləhətlərlə qurulmuş ailələr çox yaşayır? SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

Sevgi əsaslı yoxsa məsləhətlərlə qurulmuş ailələr çox yaşayır? SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Daxili təcrübədən çıxış eləsək görərik ki, Azərbaycan cəmiyyətində ənənəvi cəmiyyət olduğumuza görə ailə qurarkən adətən böyüklərin, ağsaqqalların, ağbirçəklərin məsləhətləriylə ailə qururdular”.SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

Onun sözlərinə görə, bu ailə quranların demək olmaz hamısı xoşbəxt idi ancaq onlar ənənəvi cəmiyyətdə yaşadıqları üçün bütün çıxılmazlıqlara baxmayaraq səbr və təmkinlə dözürdülər: “Problemləri, prosesləri ya həll edirdilər yada ailə halında olsalarda, özlərini xoşbəxt saymasalarda, cəmiyyətin bunlara sərt, sosial nəzarəti olduğuna görə dözməli və istəmədikləri həyatı yaşamalı olurdular. Bu xoşbəxtlik məsələsi bir qədər nisbi məsələdir, ailə sadəcə sevgidən ibarət deyil. Sevərək ailə qurub xoşbəxt olanlar da var, düzdür sevgi ailədə əsas kompenetlərdən biridir ancaq zəruridir. Ailədə qarşılıqlı razılıq, gözləmə, hörmət, özünü və qarşı tərəfi anlamaq, dəyərləndirmək, ehtiyacları düzgün müəyyənləşdirmək, çətinlikləri emosiyalarla yox şüurla məntiqlə tənzimləmək, ailə dəyərlərimi bilmək lazımdır”.

Sosioloq qeyd edib ki, bundan əlavə böhranlı hallara hazır olmaq ailələr üçün ən önəmli məqamlardandır: “Elə ailələr var ki, sevgi ilə qurulur ancaq bir müddət keçdikdən sonra ailədə böhran anları başlayır. Sən kimsən? Mən kiməm? Sizinkilər kimdir? və s.
Bu vaxtı şüpəsiz müxtəlif vasitələr var ki, bu böhranları adlamağa kömək edə bilər. Bu prosesləri anlayışla qarşılamaq, həyat təcrübəsi olanların müdaxiləsi olsa yaxşı olar.
Son vaxtlar daha çox ailə inustutunda psixoloqların, sosial işçilərə ehtiyac yaranıb ki, ailələr böhranlı anlarda belə mütəxəssislərin humanist və pozitiv müdaxiləsinə ehtiyac duyurlar. Sevgi əsaslı yoxsa məsləhətlərlə qurulmuş ailələr çox yaşayır? Hər ikisində də həm xoşbət həm də qeyri-xoşbəxt ailələr var. Bu baxımdan bəzən gənclər sevdalanırlar elə bilirlər ki, bu ailəyə kifayət edəcək. Ancaq yenə qeyd edirəm ailədə əlavə dəyərlərdə var; Məsələn
Ata, ana, valideynlik, kənar təsirlərdən qorunma, qarşılıqlı gözləmələr, hörmət missiyası var və
ailə büdcəsini tənzimləmək lazımdır. Bu tipli məsələlər var ki, hər iki tərəf bu məsələni anlayışla qarşılamalıdır. Sadəcə sevdalanıb ailə dəyərlərinə hazır olmadan ailə qurmaq heç də xoşbəxtçilik vəd etmir. Ailə planları olmalı, gənclər gələcək karayera planlarını qurmalıdır ki, daha sonra ailə böhranlarına hazır ola bilsin. Eyni zamanda sağlamlıq məsələləri önəmli olmalıdır, bəzən boşanmaların bir hissəsində sağlamlıq vəziyyətiylə bağlı məqamlar durur. Qız və ya oğlanda sağlamlıq problemləri, sonsuzluq, fiziki hallar olur ona görə ayrılırlar. Ailə çox mürəkkəb inustutdur və burda hər iki tərəfdən qarşılıqlı gözləmə tələb olunur. Yəni sən qarşı tərəfin nə istədiyini bilməlisən və əgər qarşı tərəfin istədiyini təmin edə bilirsənsə güman edirəm ki, ailədə dava az olacaq. Bunun üçündə ailə qurmağa tam hazır olmalısan, şüur, psixoloji olaraq, ana və ata olmağa hazır olmalısan. Bəzən görsən ki, sevgi əsaslı ailə qururlar lakin uşaqla necə davranmalı olduqlarını bilmirlər, böhranlara hazır deyillər, uşaqların tərbiyəsində problemlər olur, belə məsələlər ailələrin dağılmasında rol oynayır. Gənclərdə də pis vərdişlər olur, lap sevgidəndə ailə qursalar bu ailə böhranlarına gətirib çıxardacaq. İndi ele bir dövrdür ki, gənclər mütləq bir-birini tanımalı, xarakterlərini bilməlidirlər. Fikirləşməlidirlər ki, bu onun axtardığı insandırmı? O, mənim uşağımın anası ola bilərmi? Çətin vəziyyətlərə hazırdırmı?
Ən yaxşı çıxış yolu ağıl, məntiq və sevgi əsaslı olmalıdır ki, bu prosesləri tənzimləyə bilsin. Gənclər evlənəcəyi günə qədər bu təlimlərdən keçməli, hərşeyi öyrənməlidir. Ailə böhran mərkəzlərinin sayı çox olmalı və psixoloqlar bu böhranlara müdaxilə edə bilməli, həll yolu tapmalıdırlar”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə