“Bakı Metropolitenində platformaların ifrat həddə yüklənməsi olmayıb" - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində hələlik stansiyaların, xüsusilə platformaların ifrat həddə yüklənməsi olmayıb. Bu müvafiq tənzimlənmə mexanizmləri sayəsində öz həllini tapır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ümumilikdə 2019-cu ildə yalnız bir gün “28 May” stansiyasında platforma səviyyəsində sıxlıq olduğundan Cəfər Cabbarlı keçid stansiyasından yönləndirmə olub. Amma bu günə qədər bu istiqamətdə Bakı Metropoliteninin monitorinqləri ən sıx şəraitdə aparılır. Bu baxımdan da sözügedən məsələ diqqət mərkəzindədir. Hazırda tədris mövsümündə fasilə olduğundan sərnişin sıxlığı bir o qədər hiss olunmur. Lakin sıx dövrlərdə də müvafiq tənzimlənmə mexanizmləri ilə yarana biləcək problemlər aradan qaldırılır. Bakı Metropoliteninin digər nəqliyyat vasitələri ilə də sıx əlaqələri mövcuddur”.

Bütün xəbərlər Facebook səhifəmizdə