Bəzi məktəblərdə niyə qida zəhərlənməsi BAŞ VERİR? - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Bəzi məktəblərdə niyə qida zəhərlənməsi BAŞ VERİR? - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

"Təhsil ocaqlarının bufetlərinin isti yeməklə təmin olunması ilə əlaqədar dövlət belə bir layihə üzərində işləyir. Bufetlərdə yeməyin necə bişirildiyi, menyunun necə tərtib edildiyi məlum deyil". Bu barədə SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, əsas məsələ bufetlərdə zəhərlənmələrin qarşısını almaq üçün birinci növbədə mənşəyi məlum olan ət məhsullarından istifadə olunmalı və bunların saxlanma şəraiti düzgün olmalıdır: "Bunların emal prosesi zamanı sanitar-gigiyena qaydalarına riayət olunmalı, bişirməsində düzgün texnologiyadan istifadə olunmalı və təqdimatda da isti yeməklər tam isti qaydada təqdim olunmalıdır. Bu şərtlərə əməl edilərsə, o zaman heç bir zəhərlənmə halları baş verməz. Bufetdə işləyən aşbazlar çox vaxt arxa planda qalır lakin onlar daha çox ön planda olmalıdır. Təhsilli aşbazlar olmalıdır. Bu insanlar imtahanla işə götürülməli və müəyyən suallara cavab verməlidirlər: Əti necə saxlamaq lazımdır, qəbul etdiyimiz zaman nəyə diqqət etmək lazımdır və s. Çox təəssüf ki bunlar ölkəmizdə hələ formalaşmayıb və kim necə gəldi işə götürülür.

İsti yeməyi də süfrəyə təqdim etsən həmin savadsız aşbaz onu götürüb bişirib verəcək və təqdim etdikdə də düzgün dərəcədə etməyəcək və bununla da qida zəhərlənməsi baş verəcək. Elə insan var ki, oxuyub qutarıb amma oxumayan ondan çox bilir. Onlar təqib olunmalıdır ki, məktəblərdə ətlər hansı şəraitdə saxlanılır. Dövlət nəzarətinə götürülməyi məqsədəuyğundur. İsti yemək gəlir və bufetə təqdim olunur sadəcə olaraq onun təqdimatı təqib olunmalıdır. Biri də var çiy əti, toyuğu alır, onu necə və nə şəraitdə saxlayır? Necə bişirir? Hansı şəraitdə təqdim edir? sual altındadır. Ona görə məktəblərdə qida zəhərlənməsi halları baş verir”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə