"Hazırda ciddi adamlar telekanallardan üz döndərib. Söhbət yalnız tamaşaçılardan getmir. Jurnalistlərin, ziyalıların çoxu telekanalları boykot edir. Hətta şouya, piara həvəsli olan bəzi sənət adamları da yerli telekanalların efirində görünmək istəmirlər. Bu da ilk növbədə aparıcıların əksəriyyətinin səviyyəsiz, verilişlərin zövqsüz olması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: "Özünə hörmət edən şəxs niyə hansısa mədəniyyətsiz, cahil, gerizəkalı adamla mübahisə etməlidir? Vaxt qızıldır. Heyf deyilmi, insan qızıl kimi vaxtını bayramlara, baboşlara sərf etsin?
Televiziya kommersiya qurumudur. Onların pul qazanmaq ehtirasını anlamaq mümkündür. Bəs tamaşaçı niyə bu “tələ”yə düşür? Niyə saatlarla ekran qarşısında əyləşib həmin mənasız, məzmunsuz verilişlərin reytinqini artırırlar? Təəssüf ki, tamaşaçıların hamısının mədəni-estetik səviyyəsi yüksək deyil. Onların çoxunu dedi-qodu, qeybət maraqlandırır. Buna görə də, efirdəki saçyolmalardan zövq alırlar. Məhşur bir söz var, "ağası gülüm olanın, başına külüm olar". O cür səviyyəsiz verilişlərin də Bayram kimi eksperti olar. Burada qeyri-adi, təəccüblü heç nə yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB