“Onun öldüyünü kim yazıbsa…” – Cavanşir Quliyevin dostu

“Onun öldüyünü kim yazıbsa…” – Cavanşir Quliyevin dostu

“Cavanşir Quliyev ölməyib, yaşayır”. SİA xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin dostu, fizika-riyaziyyat elmləri doktoru, professor, “Xəzər” Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.

Onun sözlərinə görə, bəstəkar əməliyyat olunacaq: “Onun öldüyünü kim yazıbsa, böyük səhv edib. Hansı səbəbdən belə xəbəri yayıblar, bilmirəm. Az öncə özü ilə danışmışam, hər şey yaxşıdır. Əməliyyat olunacaq. Hazırda müalicə alır. Müalicəsi bitdikdən sonra vətənə dönəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə