"Bizə virtual yox, canlı ünsiyyət lazımdır" - DEPUTAT FİKRİ

"Bizə virtual yox, canlı ünsiyyət lazımdır" - DEPUTAT FİKRİ

"Belə forumların təşkil olunmasına çox böyük ehtiyac var". SİA xəbər verir ki, bu barədə "Mən Danışa Bilmirəm" forumunda çıxışı zamanı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, gənclərimizin ünsiyyət problemi var: "Bunu mən bir müəllim kimi auditoriyada da görürəm. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri də ailədən gəlir. Biz uşaqlarımızla çox ünsiyyətə girmirik, ailələrdə valideynlər danışır, universitetlərdə müəllimlər danışır. Gənclərin ünsiyyət probleminin günahkarı gənclər deyil. Biz davamlı olaraq ailədə buna diqqət yetirməliyik".

Millət vəkili qeyd edib ki, bununla yanaşı gənclərimiz də davamlı olaraq işləməli, özlərini inkişaf etdirməlidirlər: "O gənc ki, özünü ifadə edə bilirsə bir sıra hallarda, iş görüşmələrində bu özünü göstərəcək. Eyni zamanda bu gün gənclərimizin telefona, kompüterə bağlılığı, ünsiyyətdən qaçması da səbəblərdən biridir. Bizə virtual yox, canlı ünsiyyət lazımdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə