"İndiki gənclər özünü ifadə etməkdə daha uğurludur" - MİLLƏT VƏKİLİ

"İndiki gənclər özünü ifadə etməkdə daha uğurludur" - MİLLƏT VƏKİLİ

"Hər il ötdükcə keçirilən forumlara dəstəklər artır". SİA xəbər verir ki, bu barədə "Mən Danışa Bilmirəm" forumunda çıxışı zamanı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, əvvəllər görülürdü ki, xarici ölkələrdə insanlar daha rahat danışır. "Azərbaycanda isə insanlar kameradan qaçır. Bu bizim yaşadığımız keçmiş rejimin günahlarıdır. SSRİ-də televiziyalar az idi, hər gün küçədə müsahibələr verilmirdi. Təhsil sistemi var idi, amma özünü ifadə etmək öyrədilmirdi. İndiki gənclərdə özünü ifadə etmək daha uğurludur. Həm də o vaxtın tərbiyəsində nəzərdə tutulmuşdu ki, yerə baxmalıdır, sual verəndə qızarmalıdır".

Millət vəkili bildirib ki, 2000-ci ildən sonra müstəqilliyin bəhrəsini görən yeniyetmələr gərginlikdə doğulan insanlara nisbətən daha rahat, sərbəst, özünü ifadə edə bilən fərdlərdir: "İnsanlar özünü ifadə etməyi bacarmalıdır. Özünü ifadə etməyi bacarmamaq çox zaman insanlara uğur qazanmağa maneə yaradır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə