Anomal isti hava şəraiti nə vaxtadək davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

Anomal isti hava şəraiti nə vaxtadək davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur. Fevral ayında ölkə ərazisində hava şəraitinin anomal isti keçməsi və temperaturun normadan artıq artmasından narahat olmağa dəyərmi?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın SİA-ya verdiyi məlumata görə, cənub istiqamətli hava axınlarının ölkə ərazisinə daxil olması nəticəsində havanın maksimal temperaturunun paytaxda, Abşeron yarımadasında 24° dərəcəyədək, Aran rayonlarında 22°, dağlıq ərazilərdə isə 12-13° dərəcəyə yükəlməsi proqrazlaşdırılır.

Fevralın 10-11 istirahət günlərində də hava şəraiti mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°, Aran rayonlarında 22°, dağlıq ərazilərdə isə 12°-13° dərəcəyə yüksəlməsi gözlənilir.

Meteohəssas insanlarla bağlı məsələyə gəldikdə isə deyə bilərəm ki, temperaturun normadan artıq artması onlar üçün nisbətən əlverişlidir.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə