"Təhlükəsiz qida keyfiyyətsiz ola bilər” - QURUM RƏSMİSİ AÇIQLADI

"Təhlükəsiz qida keyfiyyətsiz ola bilər” - QURUM RƏSMİSİ AÇIQLADI

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində qidanın təhlükəsizliyinin təmin olunmasının qarşıya qoyulduğunu görərik. Lakin keyfiyyət məsələsi barədə qeyd olunmayıb. Təhlükəsiz qida keyfiyyətsiz ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qidaların gigiyenası məsələsi də olduqca vacibdir: “Qida sektorunda bu mənada müəyyən çatışmazlıqlar mövcuddur. Lakin bununla bərabər Azərbaycanda yüksək standartlara cavab verən qida istehsalçıları da var. Bu cür qida istehsalçıların sayının artması ölkəmizdə qida sektorunun inkişafı baxımından mühümdür. Xarici ölkələrdən gələn qida məsullarının isə gigiyenik sertifikatları olur. Lakin xaricdən gələn qidaların da təhlükəsizliyinə nəzarət AQTA-ya aiddir. Qeyd edim ki, ət və ət məsullarında xarici məsullara deyil, yerli məsullara üstünlük verilməsi daha məqsədəuyğundur”.

Bütün xəbərlər Facebook səhifəmizdə